Obama kral Səlmanla görüşdü -

obama-kral-selmanla-gorusdu-
Oxunma sayı: 859


“Qafqazinfo” xəbər verir ki, görüş Ağ Evdə baş tutub. İki lider görüş qabağı mətbuat nümayəndələrinə açıqlama verib.

Obama kral Səlmanın taxta çıxmasının ardından ilk ziyarətini Vaşinqtona etməsinin ABŞ- Səudiyyə Ərəbistan arasındakı uzun illərə söykənən dostluğun işarəsi olduğunu söyləyib.

O, kralla geniş və uzun bir müzakirə edəcəyini bildirib. Görüşün əsas mövsüzü İŞİD, Yəməndə baş verən proseslər, Suriyada qorxunc qarşıdurmalar olub.

Görüşdə ABŞ prezidentinin köməkçisi Joe Biden və Ağ Ev Milli Təhlükəsizlik müşaviri Susan Rice də qatılıb.

“Qafqazinfo”