ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı keçirilən referendumun nəticələrini müzakirə edib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Siyasətçilər İgiltərənin bu qərarına görə təəssüfləndiklərini ifadə ediblər.
Merkel Almaniya ilə Avropa Birliyinin daima ABŞ-ın əsas əməkdaşları kimi qalacaqlarını söyləyib.
Son xəbərlər
Son Xəbərlər