“Politico” qəzetinin məlumatına görə, onun ədəbiyyat siyahısına altı kitab düşüb.
"Qafqazinfo" oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı aşağıdakı əsərləri seçib: “Ceyms Solter! “Hər nə varsa”, Entoni Dorrun tarixi romanı “Bizə məlum olmayan dünya”, Elizabet Kolbert “Altıncı məhv olma”, Cumpa Laxiri “Alçaqlıq”, qaradərili amerikalı jurnalist Ta-Nexisi Kouts “Dünya və mənim aramda”, eləcə də Ron Çernounun “Vaşinqton: həyatı”.
Qəzet dövlət başçısının bu kitabları 16 günə oxumaq arzusunu ambisiyalı hesab edib, belə ki, Obamanın hesablamalarına görə hər kitaba 2,5 gün sərf ediləcək.
Barak Obama həyat yoldaşı Mişel və qızları Maliya və Saşa ilə Martas-Vinyarda (Massaçusets) avqust ayının 7-də planlaşdırıldığından bir gün əvvəl məzuniyyətə gedib.
Məzuniyyəti Obama ailəsi ilə adanın qərb hissəsində keçən il dincəldikləri yerdə keçirəcək.
Obamanın Martas-Vinyarda bu səfəri 2009-cu ildə vəzifəyə keçdiyi dövrdən bu yana sayca altıncıdır. O, həmin adada yalnız 2012-ci ildə istirahət etməyib, həmin vaxt ikinci müddət üçün namizədliyini irəli sürmüşdü.
Son xəbərlər
Son Xəbərlər