“Qafqazinfo”nun CNN-ə istinadən məlumatına görə, İsrailin “Kanal 2” televiziyasına müsahibə verən Obama Binyamin Netanyahunun Fələstinlə danışıqlar mövzusunda ortaya qoyduğu şərtləri qınayıb, İsrailin bundan sonra etibarı itirəcəyini bildirib.
Qeyd edək ki, baş nazir ötən həftə Qərbi Şəriyədəki Fələstin rəhbərliyinə sülh müzakirələrinə yenidən baxılmasını təklif etmişdi. Ancaq bu ərazidə qeyri-qanuni məskunlaşanların qorunması və genişlənməsinə icazə verilməsini əsas şərt kimi ortaya atmışdı.
Netanyahu ABŞ və Avropa Birliyi tərəfindən Fələstin ilə sülh danışıqlarına yenidən baxılması üçün təzyiqlərlə üzləşir.
Son xəbərlər
Son Xəbərlər