Ukrayna prezidenti Petro Poroşenko və ABŞ lideri Barak Obama NATO-nun Varşavada keçirilən sammitində görüşəcəklər.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynada səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland Ali Radanın nümayəndəsi Andreey Parubiylə görüşündə bildirib.
Qeyd edək ki, NATO-nun sammiti iyulun əvvəlində Varşavada olacaq.
Son xəbərlər
Son Xəbərlər