Obama prezident kimi onu görmək istəyir

obama-prezident-kimi-onu-gormek-isteyir
Oxunma sayı: 2446

ABŞ-ın sabiq prezidenti Barak Obama prezident seçkilərində dəstəklədiyi namizədini açıqlayıb.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, Obama keçmiş vitse-prezident Co Baydeni prezident kimi görmək istəyir. Baydeni özünün yaxın dostu adlandıran eks-prezident onu “qürurla dəstəklədiyi”ni  deyib:

“Conu vitse-prezident seçməyim ən yaxşı qərarlarımdan biri idi. O, mənə yaxın dost oldu. Baydeni ABŞ-ın başçısı postunda görürəm. O, ölkəni mürəkkəb vaxtdan çıxara bilər. Bayden, eyni zamanda amerikalıların ölkə prezidentində görmək istədiyi keyfiyyətlərə malikdir”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.