Aprelin 24-ü “erməni soyqırımı”nın ildönümündə ABŞ prezidenti Barak Obama çıxışında yenə də “soyqırım” ifadəsini işlətməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsi (ANKA) Ağ Evin Milli Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb. Bununla da, Obamanın yenə də Amerika erməni icmasına verdiyi seçkiqabağı vədinə xilaf çıxdığı vurğulanır.
Qeyd edək ki, prezident Obama prezident postunda “erməni soyqırım”ı ilə bağlı səkkizinci və sonuncu çıxışını edəcək:
“Görünür, prezident Obama öz prezidentliyini elə başladığı kimi başa vuracaq –Türkiyə tərəfindən edilən təzyiqlərə güzəştə gedərək".
Son xəbərlər
Son Xəbərlər