Obama silah embarqosunu aradan qaldırdı

obama-silah-embarqosunu-aradan-qaldirdi
Oxunma sayı: 771

ABŞ prezidenti Barak Obama Vyetnama silah embarqosunu aradan qaldırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə danışan Obama bəyan edib ki, ABŞ Vyetnama öldürücü silahların satışına qoyulan embarqonu tamamilə aradan qaldırır. ABŞ rəhbəri onu da bildirib ki, bu addım "Soyuq Müharibənin dondurulmuş qalığını" aradan qaldırır.

Qeyd edək ki, 1984-cü il Vyetnama silah embarqosu qoyan Ağ Ev rəsmiləri bildirmişdilər ki, Vyetnamda insan haqları ilə bağlı vəziyyət inkişaf etdiriləcəyi halda bu embarqo aradan qaldırılacaq.

Aysel Kərimova