Obama “soyqırım” demədi, amma... - "Erməni xalqının yanındayıq"

obama-soyqirim-demedi-amma
Oxunma sayı: 3705


“Qafqazinfo” xəbər verir ki, Obama 24 aprel qondarma erməni soyqırımının ildönümündən bir gün öncə ənənəvi açıqlamasını etsə də, əvvəldən bəyan edildiyi kimi “soyqırım” ifadəsini işlətməyib.

Obama çıxışında bildirib ki, 1915-cildə baş verənlərlə bağlı dəfələrlə çıxış edib və bu istimqamətdə mövqeyi dəyişməz olaraq qalıb:

“Bu vacib dəqiqələrdə biz qurbanları yad edərək erməni xalqının yanındayıq. Söz veririk ki, zərər çəkən heç kəs unudulmayacaq və gələcək nəsil bu səhvi təkrarlamasın deyə biz bu ağrılı irsdən dərs çıxarmalıyıq”.