Obama Texası fəlakət zonası elan etdi - - Fotolar

obama-texasi-felaket-zonasi-elan-etdi-
Oxunma sayı: 1038


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq bir neçə gündür davam edən leysan yağışları və daşqınlar səbəbindən ölənlərin sayı 24-ə çatıb, itkin düşənlər isə 40 nəfərdir. 

Ağ Evin bəyanatında bildirilir ki, ştat fəlakət zonası elan edildikdən sonra federal fonddan əhaliyə, iş adamlarına yardım məqsədilə maliyyə yardımı ayrılacaq. 

Qeyd edək ki, Texasda davam edən daşqınlar səbəbindən 2 minə yaxın insan evini tərk etmək məcburiyyətində qalıb. Hyustonda təxminən 80 min insanın elektrik enerjisi yoxdur, yolların bir hissə bağlanıb. Sinoptiklər bu cür hava şəraitinin bir neçə həftə davam edəcəyini proqnozlaşdırırlar.