Obama Trampı çay süfrəsinə dəvət edib

obama-trampi-cay-sufresine-devet-edib
Oxunma sayı: 943

ABŞ-ın hazırki prezidenti Barak Obama davamçısı Donald Trampı yanvarın 20-də keçiriləcək inaqurasiya mərimindən öncə çay süfrəsinə dəvət edib.

Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağ Evin nümayəndəsi Coş Ernest bildirib.

“Prezident Obama və birinci xanım Mişel Obama yanvarın 20-də səhər Donald Trampla xanımı Melaniya Trampı Ağ Evə çay süfrəsinə dəvət edib”, - deyə C. Ernest söyləyib.

Onun sözlərinə görə, Obama ilə Tramp daha sonra birlikdə inaqurasiyanın baş tutacağı konqres binasına gedəcəklər.