ABŞ-ın Şiller universitetinin bir qrup fəalı eks-prezindet Barak Obamaya qarşı qalmaqallı iddia irəli sürüblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ictimai fəallar üç il əvvəl Ukraynada baş vermiş çevrilişdə Barak Obamanı günahlandırıblar. Belə ki, Nyu-Yorkda vətəndaşlara paylanan məlumat vərəqələrində Maydan hadisələrinin milyarder Corc Sorosun və Barak Obama administrasiyasının bilavasitə dəstəyi ilə həyata keçirildiyi yazılıb.
Bundan başqa, onlar “Sizin düşməniniz Corc Sorosdur”, “Obama həbsxanaya” yazılmış plakatlar çıxarıblar.
Son xəbərlər
Son Xəbərlər