Obama yalan danışdığını etiraf etdi

Obama yalan danışdığını etiraf etdi
Oxunma sayı: 221

“Qafqazinfo”nun məlumatına görə, prezident və ölkənin birinci xanımının artıq üç ildir ki, Ağ evdə olmalarına baxmayaraq, Amerika tamaşaçılarını bilinməyən tərəfləri ilə təəccübləndirməyi bacarıblar. Yenidən dünyaya gələrkən Amerikanın birinci iti olmaq istədiyini deyən Mişel Obama “Bo” adlı itlərinin həsəd aparıla biləcək bir həyatı olduğunu söyləyib.

Aparıcı Barbara Uoltersin öləndən sonra kim yaxud nə olmaq istəyərdiniz sualına isə prezident Obama cavab vermək istəməyib. Lakin ən pis xarakterinin nə olduğunu soruşanda isə açıq cavab verib. O, tənbəl olduğunu və bu xüsusiyyətini bəyənmədiyini deyib.

Obama həmçinin, ancaq yaxınları və doğmaları ilə danışdığı zamanlarda yalana yol verdiyini, birinci ledi isə həqiqət işə yaramayanda yalan söylədiyini etiraf edib.

Bir-birinizi necə xarakterizə edərdiniz sualına cavablandıran Barak Obama Mişeli “ağıllı, gözəl və şən”, birinci ledi isə onu “ağıllı, idmançı və əla ata” adlandırıb.

Barak Obama heç bir musiqi alətində çala bilmədiyi və məktəbdə ispan dilini pis oxuduğuna təəssüfləndiyini də etiraf edib.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi