ABŞ prezidenti Barak Obama homoseksual Erik Fanninqi Amerika ordusunun bölmələrindən birinə rəhbər vəzifəyə gətirmək istəyir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obamanın namizədliyini irəli sürdüyü Fanninq 20 il milli təhlükəsizlik sahəsində mütəxəssis olaraq çalışıb.
Onun namizədliyinin irəli sürülməsi Pentaqon tarixində önəmli sıçrayış hesab edilir. Belə ki, hələ 4 il əvvəl rəsmi Pentaqon gey olduqlarını açıq olaraq bəyan edən şəxslərin amerika ordusunda xidmət etmələrinə qarşı çıxmışdı.
Son xəbərlər
Son Xəbərlər