“Qafqazinfo” xəbər verir ki, Deyerler.org-un Ağ Evin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Obama bu qətldən qəhərləndiklərini bildirib. "Bu gün bütün dünya amerikalı jurnalist Cjim Foulinin İŞİD terrorçuları tərəfindən qəddarcasına qətlə yetirilməsindən qəhərlənib. Mən Foulinin ailəsi ilə əlaqə saxlamışam və onların da bu itkidən qəlbləri sınıb", - deyə Ağ Ev rəhbəri bildirib.
Obamanın sözlərinə görə, İŞİD terror qruplaşmasının dinə heç bir aiddiyatı yoxdur. O qeyd edib ki, İŞİD-in qurbanlarının əksəriyyəti müsəlmanlardır və din günahsız insanları öldürməyi öyrətmir.
Obama əmindir ki, İŞİD terrorçularını acı məğlubiyyət gözləyir, belə ki, gələcək dağıdanların deyil, quranlarındır. "Sülh Cjim Fouli və onun qətlindən şokda olan insanlar tərəfindən bərqərar olur. Bizim hamımız bir məqamla razılaşırıq ki, iyirmi birinci əsrdə İŞİD kimi bir qruplaşmaya yer yoxdur", - deyə ABŞ prezidenti bildirib.
Obama həmçinin sonadək amerikalıları müdafiə edəcəklərini və terrorçulara qarşı əməliyyatları davam etdirəcəklərini bildirib. Ağ Ev rəhbəri İŞİD terrorçularını məhv etmək üçün bütün iraqlıları da birliyə çağırıb.
Son xəbərlər
Son Xəbərlər