Obamadan müsəlmanlara sayğı

obamadan-muselmanlara-saygi
Oxunma sayı: 663

“Ramazan eyni zamanda vəziyyəti pis olanlara yardım etməyin əhəmiyyətini xatırlatma fürsətidir. Somali və Afrika Buynuzu ərazisində aclığa qarşı yaşamaq mübarizəsi aparan ailələr və onların uşaqları barədə xəbərlər və foto-şəkillər hamımıza insan olduğumuzu və hansısa bir addımı atmalı olduğumu xatırladır”.

Obama daha qorxulu bir fəlakətin qarşısını almaq üçün xalqların və millətlərin bu istiqamətdə göstərilən səylərə dəstək verərək birlikdə hərəkət etmək vaxtının gəldiyini deyib: “Belə hadisələr İslam dini də olmaqla bütün böyük inancların “Özünüz üçün istəmədiyinizi başqalarına da arzulamayın” – prinsipini xatırladır”.

Bütün dünya müsəlmanlarına əmin-amanlıq dolu ramazan arzuladığını deyən Barak Obama keçən il olduğu kimi bu il də ramazan ayının axırında Ağ evdə veriləcək iftar ziyafətində iştirak edəcəyini deyib.