ABŞ prezidenti Barak Obamanın Yaponiyanın Xirosima şəhərinə tarixi səfəri ilə bağlı xəbər təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Obama Xirosimaya mayın sonlarında səfər edəcək. Bununla da, Obama ABŞ-ın İkinci Dünya müharibəsinin sonunda atom bombası atdığı şəhərə səfər edən ilk ölkə prezidenti kimi də tarixə düşəcək.
Xatırladaq ki, ötən ay ABŞ dövlət katibi Con Kerri də Xirosimaya səfərə getmişdi.
Son xəbərlər
Son Xəbərlər