Obamadan Putinə Savçenko ilə bağlı - Xəbərdarlıq

obamadan-putine-savcenko-ile-bagli-
Oxunma sayı: 1916

ABŞ prezidenti Barak Obama prezident Vladimir Putinlə telefon danışığında Rusiya həbsxanasında saxlanılan ukraynalı pilot Nadejda Savçenko ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Uill Stivens bildirib.

Onun sözlərinə görə, Obama həmkarnna bildirib ki, qeyri-qanuni həbs olunanları, eləcə də Savçenkonu Minsk danışıqlarına uyğunn olaraq azadlığa çıxarsın.

İki dünya lideri arasında telefon danışığı martın 14-də olub.

Xatırladaq ki, N. Savçenko Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin ölümü ilə nəticələnən hücumun təşkilində təqsirləndirilir.

Nadejda Savçenko