Obamadan Trampa etiraz - Ən uğursuz addım adlandırdı

obamadan-trampa-etiraz
Oxunma sayı: 649

ABŞ-ın eks-prezidenti Barak Obama xələfi Donald Trampın Amerikanı Paris İqlim Müqaviləsindən (PİM) çıxarması qərarına etiraz edib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Obama PİM-in dünyada karbon miqdarının azaldılmasına xidmət etdiyini söyləyib.

O, müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcək ölkələrin gələcəkdə faydasını görəcəyini bildirib.

Paris İqlim Müqaviləsinin ABŞ-ın dünya arenasında stabil və prinsipial liderliyi sayəsində mümkün olduğunu deyən Obama, buna baxmayaraq Donald Trampın müqavilədən çıxmasını Amerika tarixindəki ən uğursuz addım adlandırıb.

“Bununla da ABŞ liderlikdən çəkildi. Həmçinin, digər ölkələrin də PİM-dən çıxmasına səbəb olacaq. Bu da əhali sayına və işsizliyə təsirsiz ötüşməyəcək”.