Obamanı qolf klublarına buraxmadılar

obamani-qolf-klublarina-buraxmadilar
Oxunma sayı: 1176


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, Nyu-Yorkun bir neçə iri qolf klubu meydançalar dolu olduğu üçün ABŞ liderinin rezervasiya istəyinə imtina cavabı verib. Bu xəbər Amerika mətbuatının əsas müzakirə mövzusuna çevrilib.

“The Washington Post”-un məlumatına görə, klubların menecerləri zəngin və daimi müştərilərini bir prezidentə görə itirmək istəməyiblər. Qəzet yazır ki, Əmək günü ilə bağlı istirahət günləri qolf klubları üçün ən gəlirli vaxtdır. Bu klublara üzvlük 100 min dolları ötür.