ABŞ-ın vitse-prezidenti Co Bayden Azərbaycan və Ermənistan liderləri ilə qondarma Dağlıq Qarabağ Respublikasındakı vəziyyəti müzakirə edib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Bayden Tvitter mikrobloqunda yazıb.
“Mən prezidentlər – İlham Əliyevlə Serj Sarkisyana bildirdim ki, Dağlıq Qarabağda münaqişənin həlli hər iki tərəfin sabitliyi, təhlükəsizliyi və rifahı üçün vacibdir”, - deyə vitse-prezident söyləyib.
ABŞ hökuməti bu danışıqların aparılması ilə bağlı məlumatı təsdiqləməyib.
Son xəbərlər
Son Xəbərlər