Obamanın Milan çıxışına bilet - 850 avro

obamanin-milan-cixisina-bilet
Oxunma sayı: 806

ABŞ-ın eks-prezidenti Barak Obamanın mayın 9-da Milanda keçiriləcək çıxışına biletin qiyməti 850 avro olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Il Corriere della Sera” qəzeti məlumat yayıb.

Bu Obamanın ABŞ xaricində ölkə başçısı vəzifəsindən getdikdən sonra ilk içtimai çıxışı olacaq. O, əldə olunan pulu özünün yaratdığı vətəndaş fondunun maliyyələşdirilməsinə yönləndirəcək. Qəzetin məlumatına əsasən 3500 biletin artıq tükənmək üzərə olduğu vurğulanıb.

Milan meri Cüzeppe Sala sözlərinə əsasən şəhərin simvolik açarı Obamaya təqdim olunacaq.