Obamanın modelyeri özünü qapının dəstəyindən asdı

obamanin-modelyeri-ozunu-qapinin-desteyinden-asdi-
Oxunma sayı: 4144

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, 47 yaşlı stilist LWren Scottun bu gün səhər saatlarında Manhattandakı evində qapı dəstəyinə şərflə bağlanmış meyiti tapılıb. New York polisi hadisə yerində heç bir intihar məktubu olmadığını, Scottun gerçək ölüm səbəbinin ekspertizadan keçdikdən sonra müəyyənləşəcəyini bildirib. Mick Jagger isə sevgilisinin ölüm xəbərlərini eşitdikdə şok keçirdiyi açıqlayıb. 

Qeyd edək ki, 2006-cı ildə öz markasını yaradan Scott Sarah Jessica Parker, Ancelina Coli, Nicole Kidman, Reese Witherspoon, Christina Hendricks, Sandra Bullock və first lady Michelle Obama kimi məşhurların modelyerliyini edib.