Obamanın qızı Trampa qarşı

obamanin-qizi-trampa-qarsi
Oxunma sayı: 3118

ABŞ-ın sabiq lideri Barak Obamanın böyük qızı Maliya prezident Donald Trampa qarşı keçirilən mitinqə qatılıb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Maliya “Dakota Access”də yeni neft kəmərinin tikintisinə etiraz edənlərə qoşulub. Amerikalı aktrisa Şeylin Vudli etiraz aksiyasında Maliyanı görən zaman heyrətləndiyini deyib.

Vudli onu da qeyd edib ki, Baraka Obama prezident olduğu dönəmdə neft kəmərinin tikintisini tamamilə dayandırmaq üçün kifayət qədər səy göstərməyib.

Qeyd edək ki, Şimali Dakotada 3.8 milyard dollara başa gələcək neft kəmərinin tikintisini Barak Obama qismən dayandırsa da, daha sonra Donald Tramp layihənin davam edəcəyini açıqlamışdı.

Aysel Kərimova