“Obamanın siyasəti fəlakətdir” - Tramp

obamanin-siyaseti-felaketdir-
Oxunma sayı: 1089

ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkənin hazırkı prezidenti Barak Obamanın siyasətini fəlakət adlandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyarder Obamanın siyasətində uzaqgörənlik, məqsəd və strategiya olmadığını deyib. O, “Əgər Obamanın məqsədi Amerikanı zəiflətmək idisə, işini bundan daha yaxşı bacara bilməzdi”, -deyə fikir səsləndirib.

Tramp onu da əlavə edib ki, ABŞ İraq, Suriya və Liviyaya qarşı siyasətində də səhvlər edib.

Aysel Kərimova