Obamanın tvitterdə ilk qeyri-rəsmi hesabı- - POTUS niki ilə

obamanin-tvitterde-ilk-qeyri-resmi-hesabi-
Oxunma sayı: 1320


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin tvitterdə özü üçün seçdiyi nik isə POTUS (President of the United States) adlanır. Hesabında özünü ata, ər və ABŞ-ın 44-cü prezidenti kimi təqdim edən Obamanın hesabının həqiqiliyini Ağ Ev də təsdiqləyib.

Obama isə tvitində nəhayət ki, sosial şəbəkə istifadəçisi olduğun uyazıb: “Salam, Tvitter! Bu Barakdır. Həqiqi! Artıq 6 ildir ki, postdayam, nəhayət ki, mənə şəxsi hesab verdilər”.

Qeyd edək ki, prezidentin tvitterdə artıq hesabı var idi. Lakin rəsmi xarakter daşıyan akkauntu, böyük ehtimalla Ağ Ev komandası tərəfindən idarə edilirdi və şəxsi deyil, rəsmi tvitlər atılırdı.

Artıq bir neçə saat ərzində Obamanın izləyicilərinin sayı 1 milyonu keçib. Onun atdığı ilk tvit isə keçmiş prezident Bill Klintona cavab olub. ABŞ tarixində keçəcək bu yazışma isə böyük marağa səbəb olub. Belə ki, Klinton Obamadan POTUS nikinin administrasiyada qalıb-qalmayacağını soruşub. Obama isə ona FLOTUS niki ilə maraqlanan birinin olub-olmadığını soruşaraq hazırcavablıq nümayiş etdirib.

Qeyd edək ki, First Lady of the United States birləşməsini ifadə edən FLOTUS niki hazırda Mişel Obama tərəfindən idarə edilir. Bill Klintonun həyat yoldaşı Hillar Klinton isə 2016-cı il seçkiləri üçün prezidentliyə ən iddialı namizəd hesab edilir. Bu səbəbdən Hillari seçkiləri qazanarsa, Bill Klinton ölkənin ilk qadın prezidentinin həyat yoldaşı olacaq.