Obyekt sahiblərinə 8 min manatlıq cəza

obyekt-sahiblerine-8-min-manatliq-ceza
Oxunma sayı: 1548

Salyan rayon ərazisində yerləşən “Samir” və “Qardaşlar” şadlıq saraylarında təşkil olunan toy məclislərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, adı çəkilən sarayların sahibləri toy mərasimlərində normadan artıq qonağın iştirak etməsinə şərait yaradıblar.

Yol verilən qayda pozuntusu ilə bağlı hər iki obyektin sahibi 4000 manat məbləğində cərimə olunub.