Ocaq yandırdı, partlayışa səbəb oldu - Xəsarət alan var

ocaq-yandirdi-partlayisa-sebeb-oldu
Oxunma sayı: 1776

Qazaxda ehtiyatsızlıq bədbəxt hadisə ilə nəticələnib.

"Qafqazinfo" nun verdiyi məlumata görə, Masallı rayon sakini, Qazaxda yaşayan 1993-cü il təvəllüdlü Həmidov Elvin ocaq yandırarkən şifer qırıntıları alovun təsirindən partlayıb. Yanıq xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli