Ödənişli yolda qaydanı pozan daha bir qadın sürücü saxlanıldı - Video

odenisli-yolda-qaydani-pozan-daha-bir-qadin-surucu-saxlanildi
Oxunma sayı: 5427

Bir neçə gün öncə Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda idarə etdiyi “Land Rover Velar” markalı 99-CN-222 qeydiyyat nişanlı maşınla yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

 A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

Xatırladaq ki, bir neçə gün öncə daha bir qadın sözügedən yolda avtomobili yüksək sürətlə idarə etmişdi.  77-ES-777 nömrə nişanlı “Range Rover” markalı maşını 200 km/saat sürətlə idarə edərək videoya çəkən Axundzadə Əsmər adlı şəxsin avtomobil saxlanılaraq cərimə meydançasına salınmışdı.

Qeyd edək ki, Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110-dur.