Anar Bağırov “ödənişsiz hüquqi yardım” institutunun mahiyyətini və əhəmiyyətini vurğulayaraq bildirib: “2012-ci ildə Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) birgə təşəbbüsü və mənim rəhbərliyimlə 14 nəfər peşəkar hüquqşünasdan-vəkillərdən, alimlərdən ibarət tərkibdə İşçi Qrupu təşkil olundu. Bü müddət ərzində İşçi Qrupu beynəlxalq təşkilatların nümayəndələri ilə çoxsaylı görüşlər keçirdi və görüşlərin nəticəsi olaraq , "Ödənişsiz hüquqi yardım haqqında" qanun və Konsepsiya layihəsi hazırlandı. Sənəd layihələrinin hazırlanması məqsədilə Türkiyə, Litva, Niderland, Almaniya, Fransa, ABŞ, Finlandiya və digər dövlətlərin bu sahədəki təcrübəsi öyrənildi və həmin təcrübələrdən istifadə olundu. Qeyd etməliyəm ki, layihə, ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib və sənədlərin beynəlxalq ekspertizası məqsədi ilə İngilis dilinə tərcüməsi həmin təşkilatlar tərəfindən həyata keçirilmişdir.”
“Ödənişsiz hüquqi yardım” institunun tam formalaşması üçün mövcud olan problemləri qeyd edən, A.Bağırov, bu problemlərin aradan qaldırılması üçün birgə səylərini dilə gətirib. Eyni zamanda müxtəlif ölkərin bu sahədəki spesifik təcrübələri barədə təlimçilərə məlumat verilib.
Daha sonra təlim interaktiv qaydada davam etmiş, mövzu ilə bağlı maraqlı müzakirələr aparılıb.