Ödənməyən kreditlər 1.8 milyarda çatdı

odenmeyen-kreditler-18-milyarda-catdi
Oxunma sayı: 645

Banklarda problemli kreditlər aydan-aya artır.

“Qafqazinfo” “Marja”ya istindən xəbər verir ki, iyul ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 810.7 milyon manat təşkil edib. Bu, iyun ayının 1-i ilə müqayisədə 70,9 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 338,1 milyon manat çoxdur.

Bankların 13 milyard 882 milyon manatlıq cəmi kreditlərinin 13%-nin ödəmə vaxtı keçib. Ötən ilin sonunda bu nisbət 9% idi.