Odessa dron-kamikadzelərin hücumuna məruz qaldı

odessa-dron-kamikadzelerin-hucumuna-meruz-qaldi
Oxunma sayı: 2879

Bu gün səhər saatlarında Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin növbəti hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

“Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir”, - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.