Odessa sakinləri çimərlikdə barrikada qurur - Video

odessa-sakinleri-cimerlikde-barrikada-qurur
Oxunma sayı: 2958

Ukraynanın Odessa şəhərində sakinlər Rusiyanın dənizdən mümkün hücumuna qarşı qum torbaları ilə barrikada qurublar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, başda paytaxt Kiyev olmaqla bir çox şəhərlərdə yol və meydanlarda barrikadalar qurulub.

Qeyd edək ki, rəsmi Kiyev Rusiyanın hücumlarında indiyədək 14-ü uşaq olmaqla, 352 mülki şəxsin həyatını itirdiyini açıqlayıb. 116-sı uşaq olmaqla, 1684 mülki şəxsin yaralandığı bildirilib.

Münaqişələrdən qaçaraq qonşu ölkələrə sığınan ukraynalıların sayı isə 600 mini keçib.