Odessada 81 il sonra eyni mənzərələr... - Fotolar

odessada-81-il-sonra-eyni-menzereler
Oxunma sayı: 8660

Rusiyanın hücumuna məruz qalan Ukraynanın strateji mövqeyə malik şəhəri olan Odessa mülki şəxslərin hazırladığı qum torbaları ilə əhatələnib.

“Qafqazinfo” xəbər verir ki, bu hazırlıq 1941-ci ildəki nasist mühasirəsini ağıllara gətirib.

Şimalda Kiyev, şimal-şərqdə Xarkov, şərqdə Donbas, cənubda isə Xerson və Odessa Rusiyanın hücumu altındadır.

Odessa Avropaya birbaşa gedən yolların keçdiyi nöqtədə yerləşir.

Mariupol və Krım rus mühasirəsindədir. Odessanı da mühasirəyə alsa, Ukraynanın Qara dənizlə əlaqəsi kəsilmiş olacaq.

1941-ci ildə Odessa nasistlərin mühasirəsində olarkən Opera binasının qarşısı qum torbaları və beton maneələrlə bir qala kimi qorunurdu.

Minlərlə könüllü şəhərin ən işlək prospektini 81 il sonra yenə eyni taktika ilə qorumağa çalışır.