Odessada Azərbaycan Evi açıldı

Odessada Azərbaycan Evi açıldı
Oxunma sayı: 1248

30 mindən çox azərbaycanlının yaşadığı Odessa vilayətində Azərbaycan diasporunun “Birlik”ofisi - Azərbaycan evinin açılışı olub.

Diasporla İş üzrə dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, açılış mərasimində Dövlət Komitəsi, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi təmsil olunub.

“Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, Azərbaycan evinin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb.

Odessada bu günə qədər mövcud olan üç Azərbaycan diaspor təşkilatının birləşməsi nəticəsində yaranan “Birlik” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi və onun nəzdində mədəni-məlumat mərkəzi, hüquqi yardım və məsləhət xidməti, həftəsonu Azərbaycan məktəbi, həmçinin rəqs məktəbinin təşkili planlaşdırılır.