Odessada kollec yanğınında ölənlərin sayı artdı

odessada-kollec-yangininda-olenlerin-sayi-artdi
Oxunma sayı: 973

Ukraynanın Odessa şəhərindəki İqtisadiyyat, hüquq və mehmanxana-restoran biznesi kollecində baş vermiş yanğında ölənlərin sayı artaraq 4 nəfər olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin saytında yazılıb. Hazırda 11 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də baş vermiş yanğın zamanı kollecin tavanı uçmuşdu.