Odessada kollecdə ölənlərin sayı daha da artdı, ölkədə matəm elan olundu

Odessada kollecdə ölənlərin sayı daha da artdı, ölkədə matəm elan olundu
Oxunma sayı: 2586

Ukraynanın Odessa şəhərindəki İqtisadiyyat, hüquq və mehmanxana-restoran biznesi kollecində baş vermiş yanğında ölənlərin sayı 10-a çatıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.

Xəsarət alan otuz nəfərdən doqquzu xəstəxanadadır. 

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 8-ini ölkədə ümumilli matəm günü elan edib. Ölkə ərazisində bütün dövlət bayraqları endirilib. 

Faktla bağlı araşdırma davam etdirilir. 

Xatırladaq ki, dekabrın 4-də baş vermiş yanğın zamanı kollecin tavanı uçmuşdu. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi