Rusiya ordusu Ukraynanın Odessa şəhərini raket atəşinə tutub.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.
Yaralılar arasında həkim və xilasedicilər də var.
***
Odessada həlak olanların sayı 14, yaralıların sayı isə 46 nəfərə çatıb.
***
“Unian” xəbər agentliyinin yaydığı məlumata görə, raket zərbələri nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 55 nəfər isə yaralanıb.
***
Odessada martın 15-i günortadan sonra Rusiyanın raket hücumları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Qeyd olunub ki, hadisə nəticəsində 73 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər