Odessada uşaq düşərgəsində yanğın - Ölənlər var + Foto + Yenilənib

odessada-usaq-dusergesinde-yangin
Oxunma sayı: 1295

Ukraynanın Odessa şəhərində uşaq düşərgəsində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Dumskaya” nəşri məlumat yayıb.

Məlumata əsasən yanğın yerli vaxtla saat 23:30-da başlayıb. Yanğın siqnalı işə düşməyib. Uşaqlar tüstünün iyinə yuxudan durublar. Tərbiyəçilər uşaqların təxliyyəsini cəld təşkil edə biliblər.

Hadisə zamanı düşərgədə 150 uşaq olub.

Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər və təcili yarım xidmətinin əməkdaşları çalışır. Artıq 1 uşağın cəsədi tapılıb. Bir neçə nəfər xəsarət alıb. Daha 3 uşaq isə itkin düşüb.

***

Ukraynanın Odessa şəhərində  uşaq istirahət düşərgəsində baş verən yanğın nəticəsində 3 uşaq ölüb.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Milli polisinin nümayəndəsi bildirib.
 
İlkin məlumata əsasən yanğın nəticəsində 3 uşaq ölüb.