Odessaya hücum - Ölənlər var

odessaya-hucum
Oxunma sayı: 3543

“Rusiya Silahlı Qüvvələri martın 6-da Odessanın liman infrastrukturuna raket hücumu həyata keçirib. Hücum nəticəsində ölənlər var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.

“Şəhərin liman infrastrukturuna hücum edilib. Beş ölü var”, - D.Pletençuk əlavə edib.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralananların sayı hələ də müəyyənləşdirilir. 

Xatırladaq ki, Odessaya raket zərbəsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakis Mitsotakis şəhərdə olublar. Yunanıstan mediası bildirib ki, zərbənin Zelenskinin avtomobil karvanına yönəldiyi iddia edilir.