Odlu silah satarkən saxlanıldı

odlu-silah-satarken-saxlanildi
Oxunma sayı: 1268

Astara sakini odlu silah satarkən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.  Belə ki, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır