Odlu silahla vurulan Kəlbəcər sakini öldü - Yenilənib

odlu-silahla-vurulan-kelbecer-sakini-oldu
Oxunma sayı: 7043

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldıığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla hadisəni Kəlbəcər rayon sakini H. Mamedov olması müəyyən olunub.

Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

***

Hadisə şəhərdə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb. 

Belə ki, Kəlbəcər rayon sakini Hikmət Mamedov şəxsi münasibətlər zəmnində Bəxtiyar Heydərovu ov tüfəngi ilə gülləyəyib.

Ölən şəxsin iki uşaq atası olduğu bildirilir.

***

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

***

Polis tərəfindən saxlanılan Hikmət Mamedov Vətən Mürahibəsi iştrikaçısıdır və 3-cü dərəcəli Vətən Müharibəsi əlilidir. O,  “Suqovuşanın azad olmasına görə” və “Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Yunis Quliyev