“Qafqazinfo” teleqraf.az-a istinadən xəbər verir ki,Araşdırmalar zamanı 36 yaşlı Dilavər Əhmədovun keçmiş polis işçisi olduğu məlum olub. Əhmədovlar ailəsinin 3 övladı var. Əvvəllər onlar normal dolanıb. Ərlə arvadın arasında hər hansı bir mübahisə eşidilməyib. Lakin sonradan Günay Əhmədova bir müddət əvvəl sosial şəbəkədə, daha dəqiq “Odnoklassniki”də olarkən əvvəllər tanıdığı bir nəfəri tapıb.
Qadının tapdığı kişi əvvəllər onun sevgilisi olub. Keçmiş tanışını tapan qadın sonradan onunla yenidən münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov məsələdən hali olub. Bundan sonra cütlük arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik arvadını boğaraq qətlə yetirib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 18-nə təyin olunub.
Son xəbərlər
Son Xəbərlər