Ofeliya Sənaninin vəziyyəti necədir?

ofeliya-senaninin-veziyyeti-necedir
Oxunma sayı: 1678

Xalq artisti Ofeliya Sənaninin infarkt keçirmədiyi məlum olub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olan aktrisanın invaziv kardioloq Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.

Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Yaxın günlərdə evə yazılması planlaşdırılır.