Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, ona bu işdə kömək edənlər – Tural Quliyev və Asif Abdullayevin məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə şahidlər ifadə verib.
Hadisə zamanı orada olan taksi sürücüsü Natiq Qocayev ifadəsində deyib ki, adıçəkilən şəxsləri görüb: "Bu oğlanlar o qızı vurdular, yerə yıxılıb ağlamağa başladı. Ona yaxınlaşıb yerdən qaldırdım. Həmin yerdən qaçdılar, ama nə apardıqlarını görmədim".
Proses aprelin 13-də davam etdiriləcək.
Qeyd edək ki, istintaqın əvvəlində həbsə salınan dəstə üzvləri sonradan ev dustaqlığına buraxılıblar.
Rəsmi məlumata görə, Bakıda yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. Soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub. Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər