“Oğlanlarımı klipimə çəkmək fikrim yoxdur”- - Emin + Fotolar

oglanlarimi-klipime-cekmek-fikrim-yoxdur-
Oxunma sayı: 3170


 “Qafqazinfo”nun məlumatına görə, jurnalistlərin suallarını cavablandiran ifaçı Azərbaycanda ancaq övladları ilə vaxt keçirməyə vaxt tapdığını vurğulayıb:

“Övladlarımla vaxt keçirməyi sevirəm. Azərbaycana gələndə iki gün vaxtım olur. O vaxt ərzində də övladlarımla istirahət edirəm. Azərbaycanda klip çəkdirmək istəyirəm, lakin hələ ki, vaxt tapmıram. Oğlanlarımı klipimə çəkmək fikrim yoxdur. Hər kəsə Mikayıl və Əli maraqlıdır. Onlar klipimdə rol alsa, hamı onlarla maraqlanacaq. Mən çox pis aktyoram. Ona görə adətən kliplərimdə başqa aktyorlar rol alır”.

***

“World Music Awards” tərəfindən Azərbaycanın “ən yaxşı ifaçısı” mükafatına layiq görülən müğənni Emin Ağalarov təəssüratlarını azərbaycanlı jurnalistlərlə bölüşüb: 

“Mən öz doğma vətənimdə belə bir nüfuzlu mükafatı alan ilk müğənni olmaqdan və dünyanın hər yerindən gələn, həmçinin mükafatlara layiq görülən dahi artistlərin qatıldığı şounun bir hissəsi olmaqdan çox şadam. Düşünəndə ki Maykl Cekson, Uitni Hyuston və digər əfsanəvi müğənnilər də bu mükafatı alıblar, bu, məndə qürur hissi yaradır. Mən bu mükafatı sayəsində müğəni olduğum Müslüm Maqomayevə həsr edirəm”.