“Oğlanların təhsilinin keyfiyyəti ciddi problemə çevrilir”

oglanlarin-tehsilinin-keyfiyyeti-ciddi-probleme-cevrilir
Oxunma sayı: 1483

“Artıq statistikadan görürük ki, oğlanların təhsilinin keyfiyyəti ciddi problemə çevrilir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, qızların təhsili bizim üçün çox vacibdir: “Sevindiricidir ki, bütün fənlərdə qızlar oğlanlardan daha yuxarı nəticə göstərir. Riyaziyyatdan hər il oğlanlar üstün olur, bu il nəticə qızlarla eynidir”. 

Nazirin sözlərinə görə, Təhsil Nazirliyi hər bölgədə heç olmasa bir liseyin yaradılmasına çalışır: “Şəmkir, Quba və Gəncədə liseylərimiz yaradılıb. Liseylərin nəticələri də ürəkaçandır və bu, çox yaxşı haldır. Bu, xüsusi istedadlı insanların Azərbaycan təhsilinə verəcəyi töhfədir”.

Gülnar Əliyeva

Həmçinin oxuyun: Bakıda transseksual “Porche”dən oğurluq etdi