Oğlu doğuldu, 1 həftə sonra öldü - 3 qızı var idi

oglu-doguldu-1-hefte-sonra-oldu
Oxunma sayı: 4436

Bakıda qadın doğuşdan sonra vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian Hospital”da baş verib.

Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Xanımnaz Əliyeva avqustun 25-də qeysəriyyə əməliyyatı keçirib və oğlu olub. Sentyabrın 1-də isə həmin xəstəxanada vəfat edib. Onun ölümünün səbəbləri araşdırılır.

X.Əliyevanın bundan öncə 3 qızı olub. 

Murad Əhməd