Ötən ilin dekabrın 31-də Gədəbəydə baş verən ağır yol qəzasında xəsarət alan yaşlı kişi bu gün xəstəxanada ölüb.
"Qafqazinfo"nun xəbərinə görə, Yeni il günü rayon mərkəzində hərəkətdə olan "Volkswagen Passat" və "VAZ-2109" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ"da olan 45 yaşlı Fərman Həsənov və onun atası 84 yaşlı İsa Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdilər. F.Həsənov həmin gün dünyasını dəyişsə də, atasının səhhəti ağır idi. Həkimlərin səyinə baxmayaraq qəzadan 8 gün sonra, bu gün ahıl kişi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər