Xalq artisti Afaq Bəşirqızı rol aldığı “Qayınanamız” serialının təqdimat mərasiminə qatılıb.
“Qafqazinfo”ya açıqlamasında xalq artisti ilk dəfə rol aldığı serial haqda təəssüratlarını bölüşüb:
“Seriala çəkilməklə risk etdim. Uzun müddət idi, seriallara marağım yaranmışdı. Saqqızımı oğurladılar desəm, daha doğru olar. Oktay Əliyevlə söhbətimiz oldu, “Qayınanamız”ın mənə uyğun layihə olduğunu düşündüm. Uzun müddətdir ki, ekranlardan uzağam, çox qorxuram, həyəcanlıyam, tamaşaçıların necə reaksiya verəcəyini bilmirəm. Serialda dul, ərsiz qadını canlandırıram. Bir oğlu, iki gəlini olan qayınanayam. Oğlum birinci arvadından boşanıb, lakin arvadı evdən getmir, üstəlik ikinci gəlini gətirmişik. İki gəlin başıma oyun açacaq. Serialda istedadlı aktyor və aktrisalar rol alıb. İnanıram ki, tamaşaçılar yeni işimizi bəyənəcək”.
Könül
Son xəbərlər
Son Xəbərlər